Müasir dünyada qanunun aliliyi gücün üstünlüyünə yol vermək məcburiyyətində qalır.
Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş mediaya açıqlamasında deyib.
O, Qəzza zolağı və Ukraynadakı münaqişələr zamanı beynəlxalq hüququn pozulması və mülki əhaliyə qarşı qəddar rəftarı əsas gətirərək insan hüquqlarının genişmiqyaslı hücuma məruz qaldığını bildirib.
Bundan əvvəl Macarıstanın baş nazirinin siyasi direktoru Balaj Orban qeyd edib ki, Avropa İttifaqı (Aİ) Ukraynada insan hüquqlarının ciddi pozulmasına göz yumur. Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması barədə hətta ortamüddətli perspektivdə belə danışmaq olmaz.