AZ

Məsciddə namaz vaxtı tavan möminlərin üzərinə DÜŞDÜ – VİDEO

Şanlıurfada məsciddə namaz vaxtı tavan çöküb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Şanlıurfa şəhərində axşam namazı zamanı məscidə toplaşan insanlar qorxulu anlar yaşayıblar.

İbadət vaxtı məscidin asma tavanından qəfildən suvaq və beton parçaları namaz qılanların üzərinə tökülməyə başlayıb.

Hadisə anı məscidin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Görüntülərdən məlum olur ki, tavanın bir hissəsinin qopması nəticəsində ərazidə böyük təşviş yaranıb.

Yaranan panikadan sonra imam və möminlər namazı yarımçıq saxlayaraq dərhal binanı tərk ediblər. Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr