AZ

Psixopatlar dəyişə bilərmi? Psixoloq AÇIQLADI

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Psixopatik xüsusiyyətlərə malik insanların beyni empatiya ilə əlaqəli reaksiyalar formalaşdıra bilir, lakin belə şəxslər öz hərəkətlərinin hansı emosional nəticələrə səbəb olduğunu dərk etməyə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Conversation" nəşrinə Liverpul Universitetinin klinik psixologiya üzrə baş müəllimi Stiven Gillespie məlumat verib.

Mütəxəssisin sözlərinə görə, psixopatiya əhalinin təxminən 1 faizində müşahidə olunur. Bununla belə, zorakı cinayətlərin qeyri-mütənasib böyük hissəsi məhz bu qrupun payına düşür. Psixopatiya üçün günahkarlıq hissinin olmaması, emosional soyuqluq və manipulyasiyaya meyillilik xarakterikdir. Uzun müddət belə hesab edilirdi ki, bu insanlar ümumiyyətlə empatiya qabiliyyətinə malik deyillər.

Gillespie bildirib ki, araşdırmalar göstərir: əzab çəkən və ya qorxmuş insanları gördükdə psixopatlarda tipik fizioloji reaksiya məsələn, göz bəbəklərinin böyüməsi çox vaxt müşahidə olunmur. Halbuki əksər insanlarda bu, emosional oyanmanın göstəricisidir. Bu isə onların qorxu və ağrını avtomatik tanımaqda və öz davranışlarının zərər verdiyini anlamaqda çətinlik çəkməsi ilə bağlı ola bilər.

Bununla yanaşı, neyrovizuallaşdırma tədqiqatları mənzərəni daha mürəkkəb göstərir. 2013-cü ildə Qroningen Universitetinin alimləri müəyyən ediblər ki, psixopatiyası olan cinayətkarlarda ağrı səhnələrinə baxarkən spontan empatik reaksiya yaranmır.

Psixoloqun sözlərinə görə, antisosial şəxsiyyət pozuntusu olan şəxslərdən qarşı tərəfin hisslərini təsəvvür etmələri açıq şəkildə xahiş edildikdə isə onların beynində psixopatik xüsusiyyətləri olmayan insanlarda aktivləşən eyni nahiyələr işə düşür. Bu fakt empatiyanın neyron mexanizmlərinin qorunduğunu, lakin avtomatik şəkildə aktivləşmədiyini göstərir.

Gillespie hesab edir ki, bu insanlara öz davranışlarının emosional nəticələrini daha yaxşı dərk etməyə kömək etmək aqressiv davranışların azaldılması istiqamətində mühüm addım ola bilər.

“Əsas məsələ psixopatların dəyişə bilib-bilməməsi deyil, empatik mexanizmlərin aktivləşdirilməsi və inkişafı üçün hansı üsulların təsirli olmasıdır”, - deyə ekspert vurğulayıb.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
redaktor.az

2Mənbələr