JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, 20 fevral 2026-cı il tarixdə rayonun Dırnıs kəndində sakinlərlə növbəti səyyar görüş keçirib. Görüşün əsas məqsədi kənd sakinlərini narahat edən məsələləri yerindəcə öyrənmək, müraciətlərin operativ həllini təmin etmək və dövlət tərəfindən həyata keçirilən layihələr barədə əhalini məlumatlandırmaqdır.

Görüş zamanı Rəcəb Rəhimli vurğulayıb ki, hazırda ölkə rəhbərliyinin xüsusi diqqəti ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, regionların dayanıqlı inkişafına yönəlmiş dövlət proqramlarının icrası və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər, eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubadda həyata keçirilən layihələr barədə məlumat verilib. Qeyd olunub ki, aparılan ardıcıl islahatlar nəticəsində infrastruktur layihələri genişlənir, yeni iş yerləri yaradılır, sahibkarlığın inkişafına dəstək gücləndirilir və sosial müdafiə tədbirləri daha da təkmilləşdirilir.

Ordubad rayonunda da infrastrukturun yaxşılaşdırılması, yol və kommunikasiya şəbəkəsinin yenilənməsi, məşğulluq imkanlarının artırılması, yaşayış məntəqələrinin abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması, kənd təsərrüfatı və turizm imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub. Görüşdə həmçinin Zəngəzur dəhlizinin açılmasının perspektiv əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bu nəqliyyat dəhlizinin reallaşması regionda iqtisadi əlaqələrin genişlənməsinə, tranzit imkanlarının artmasına, ticarət dövriyyəsinin güclənməsinə şərait yaradaraq Muxtar Respublikanın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.     

Görüş zamanı kənd sakinləri tərəfindən məşğulluq, kənddaxili bəzi yollarda təmir-bərpa işlərinin aparılması, içməli su təminatının yaxşılaşdırılması, özünəməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatının inkişafı və digər yerli əhəmiyyətli məsələlərlə bağlı müraciətlər səsləndirilib. Bir sıra məsələlər yerində araşdırılaraq müvafiq izahatlar verilib. Həlli müəyyən vaxt  tələb edən digər müraciətlər barədə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib, icrası nəzəratə götürülüb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin mütəmadi olaraq keçirilən görüşlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX