AZ

Məhkəmə Rafiq Göyüşovla bağlı qərar verdi

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

“Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, R.Göyüşov 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.

Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.

Orxan Rasifoğlu

Seçilən
10
unikal.az

1Mənbələr