AZ

“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də “SGS Azerbaijan” MMC-nin baş direktoru Suat Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. ADNSU tələbələrinin “SGS Azerbaijan” şirkətində təcrübə keçməsi, şirkət mütəxəssislərinin universitetdə tələbələr üçün seminarlar keçirməsi və bu istiqamətdə digər birgə fəaliyyətlər istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti ADNSU-nun Tarix Muzeyi, kibertəhlükəsizlik laboratoriyası və kompüter otaqları ilə tanış olub, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanları haqqında ətraflı məlumat alıblar.

 

Seçilən
12
6
azertag.az

7Mənbələr