AZ

ABŞ dövlət katibinin İsrailə səfəri təxirə salındı » AzadMedia.az


ABŞ dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfəri təxirə salınıb. Səfər əvvəlcə 28 fevral tarixinə nəzərdə tutulsa da, indi 2 martda baş tutacağı bildirilir.
Məlumata görə, Rubio İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Danışıqlarda İrana mümkün zərbələr məsələsinin müzakirə olunacağı gözlənilir.
Regionda gərginlik fonunda ABŞ-ın hərbi-dəniz qüvvələrinin fəallığının artdığı qeyd olunur. ABŞ-ın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi hazırda İtaliyanın cənubundan keçərək Şərqi Aralıq dənizi istiqamətində hərəkət edir.
Mövzu ilə bağlı məlumatı ABŞ-ın The New York Times nəşri yayıb.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr