AZ

Meksikada çempionat oyunları təxirə salındı

Meksikada baş verən kütləvi iğtişaşlar səbəbindən, “Keretaro” və “Xuares” arasında milli çempionatın yeddinci turunun oyunu təxirə salınıb.

Bu barədə liqanın mətbuat xidməti rəsmi olaraq məlumat verib. Bazar günü keçirilməsi planlaşdırılan oyun elan ediləcək yeni tarixə təxirə salınacaq. ESPN-in məlumatına görə, qərar digər yarışlara da təsir edib: Meksika çempionatının ikinci divizionunda və qadınlar liqasında bir neçə oyun təxirə salınıb.
Bundan əlavə, çərşənbə günü Keretaroda Meksika milli komandaları ilə İslandiya arasında yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır.

Meksika Futbol Federasiyası hələlik bu matçın mümkün təxirə salınması ilə bağlı şərh verməyib.
Xatırladaq ki, Meksikada “Xalisko Yeni Nəsil” narkotik kartelinin lideri El Mençonun, yəni Nemesio Oseguera Servantesin öldürülməsindən sonra iğtişaşlar başlayıb. Narkotik kartelinin üzvləri yolları bağlayır, nəqliyyat vasitələrini yandırır, müəssisələri və polis bölmələrini dağıdırlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr