AZ

Türkmənistan parlamentinin sədri ilk dəfə Gürcüstana səfər edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 23 fevral, AZƏRTAC

Türkmənistan Məclisinin sədri Dünyagözəl Gülmanova ilk dəfə Gürcüstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, fevralın 23-də Tbilisidə Gürcüstan və Türkmənistan parlament sədrləri arasında görüş olub.

Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Parlament əməkdaşlığına xüsusi diqqət yetirilib.

Tərəflər Gürcüstan Parlamenti ilə Türkmənistan Məclisi arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsini, xüsusən də parlament dostluq qrupları, sektor komitələri, gənc parlamentarilər, qadın parlamentarilər və parlament administrasiyaları arasında əlaqələrin gücləndirilməsini hədəfləyən əməkdaşlıq haqqında saziş imzalayıblar.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan strateji nəqliyyat dəhlizləri zəncirində mühüm yer tutur və Türkmənistanla əlaqəni gücləndirmək üçün əməkdaşlığa hazırdır.

Dünyagözəl Gülmanova Türkmənistanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini qeyd edib. Türkmənistanın neytrallığını dəstəklədiyinə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
3
azertag.az

4Mənbələr