AZ

Həmin oyuncaqlar xaricdə istehsal olunub gətirilsin - İqtisadçı

Millət vəkili Zahid Oruc parlamentdəki çıxışı zamanı bildirib ki, bizim milli qəhrəmanlarımızın, personajlarımızın yerli bazarda oyuncaqları yaradılmalıdır ki, körpəlikdən uşaqlar öyrənə-öyrənə böyüsünlər.

Yerli bazardakı mümkün vəziyyətdən Redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, oyuncaq bazarı Çində çox güclü inkişaf edib:

"Özünüz də görürsünüz ki, Çin oyuncaqları dünyanın hər yerini basıbbasıb. Məsələn, Avropada da, Türkiyədə də yerli oyuncaqlar yaxşı satılmır. Biz də oyuncağı, yəni qəhrəmanlarımızın oyuncağını düzəltmək istədik. Bizim məsələn, 50 qəhrəmanımız varsa, onu sifariş edib gətirə bilərik, idxal edə bilərik. Bunun üçün yerli sənayeni qurmağa, oyuncaq zavodu açmağa ehtiyac yoxdur. Kim nə isə deyirsə, həmin istehsalı nə qurmaq mümkündür, nə də sahibkar üçün maraqlı olacaq. Sahibkar fikirləşir ki, mən bu zavodu quranda bura, nə bilim, 300-500 nəfər işçi götürəcəyəm, 10-20 milyon pul qoyacağam, illik xərcim, nə bilim, 3-5 milyon olacaq. Mən nə qədər satmalıyam ki, bu xərcləri ödəyim, işçilərin maaşını verim və qazanc əldə edim? Ora qoyduğum 20-30 milyonun gəliri necə çıxacaq? Söhbət bundan gedir. Buna görə də onlar bütün dünyaya oyuncaq satmalıdırlar. Bütün dünyaya oyuncaq satmaq üçün isə imkan olmalıdır. Biz heç özümüz benzin istehsal edə bilmirik, hələ də xaricdən alırıq, bütün dünyaya necə oyuncaq sataq? Bu mümkün deyil. Xaricdən alaq, sifariş verək, qəhrəmanlarımızın oyuncaqları xaricdə istehsal olunsun və gətirilsin".

Nuriyyə NATİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr