AZ

ÇL dəki qələbələr Qalatasaray a superliqada baha başa gəlir!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

''Yuventus'' üzərində tarixi və parlaq qələbədən sonra ''Qalatasaray''ın gözlənilmədən ''Konyaspor''a 0:2 məğlub olan Çempionlar Liqasındakı zəfərlərin ardından komandanın çempionat matçlarına köklənə bilməməsi məsələsini yenidən aktuallaşdırıb. İstanbul nəhənginin bu mövsüm ÇL-də 4 qələbəsi var. Və bunların 3-nün dönüşündə komanda həftəsonu çempionatda xal itirib. Bu qəribə tendensiya ''Liverpul'' üzərində qələbədən sonra başladı. Həmin matçın ardından ''sarı-qırmızılar'' evdə ''Beşiktaş''la derbidə 1:1-lik bərabərliklə kifayətləndilər. Yalnız ''Bude/Qlimt'' üzərindəki zəfər komandanın superliqadakı motivasiyasına təsir etməyib. Norveç təmsilçisi üzərində 3:1-lik qələbənin ardından Türkiyə çempionu eyni hesabla ''Göztəpə''ni məğlub etdi. Avropanın ən mötəbər klub turnirində isə parlaq qələbələr komandaya baha başa gəlir. ''Ayaks'' üzərində səfərdə Osimhenin het-triki ilə qazanılan 3:0-lıq qələbənin ardından ''Qalatasaray'' səfərdə debütant ''Kocaelispor''a minimal hesabla uduzdu. ''Yuventus'' üzərində qələbə isə Konyada 0:2-lik şok məğlubiyyətlə müşayiət olundu. Başqa sözlə desək, ''Qalatasaray'' bu mövsüm ÇL-dəki qələbələrin ardından çempionatda 8 xal itirib!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr