AZ

Zelenski sabiq baş komandan Zalujnıya cavab verib: O, çox pis hərəkət edib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Voldomir Zelenski Silahlı Qüvvələrin sabiq baş komandanı, Böyük Britaniyadakı səfir Valeriy Zalujnının 2023-cü ilin yay əks-hücumunun uğursuzluğunda onu günahlandırmasını çox pis hərəkət adlandırıb.

APA xəbər verir ki, bu barədə Zelenski AFP-yə müsahibəsində danışıb.

"Hər kəsin eyni emosiyası var idi, bəlkə də bu haqda danışmaq çox tezdir. Mən sadəcə onu düşünürəm ki, bu mövzuda danışmaq yaxşı deyil, çünki heç kim bundan qazanmayacaq. Söhbət bizim ordumuzdan gedir, bu gün o döyüşür və belə danışmaq yaxşı görünməyəcək”, - o qeyd edib.

Zelenski, həmçinin Zalujnı ilə son müsahibə yayımlandıqdan sonra əlaqə saxlamadığını vurğulayıb.

"Kim dedi ki, mən seçkilərə gedəcəyəm? Heç kim demədi ki, mən gedəcəyəm və ya getməyəcəyəm. Çünki müharibə gedir və biz bunu layiqincə başa çatdırmalıyıq", - Zelenski əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
apa.az

4Mənbələr