AZ

​Bilmədən su içmək orucu pozur?

Orucluqla bağlı ən çox müzakirə olunan mövzulardan biri də bilmədən qida və ya su qəbul etməyin orucu pozub-pozmamasıdır. Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatı, ilahiyyatçı-alim Ceyhun Məmmədov bu mövzuya aydınlıq gətirib. Millət vəkili unudaraq su içən adamları narahat olmamağa çağırıb: “Dinimizə görə, oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir".

İlahiyyatçı bildirib ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar mütləq oruclarına davam etsinlər: “Onların orucu pozulmur”.

Seçilən
7
3
metbuat.az

4Mənbələr