ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alihan Limoncuoğlu: Rusiya cəbhədə uduzur, təbliğatla qalib görünməyə çalışır
Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın beynəlxalq mövqeyi və müttəfiqləri ilə münasibətləri yenidən müzakirə predmetinə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında Moskvanın İran, Kuba və Venesuela kimi tərəfdaşlarını qoruya bilmədiyi barədə iddiaları rədd edib. O, Rusiyanın COVID dövründə və təbii fəlakətlər zamanı yardım göstərdiyini, Suriyadakı zəlzələ zamanı da sanksiyalara baxmayaraq dəstək verdiyini bildirib.
Zaxarova həmçinin qeyd edib ki, İranla əməkdaşlıq mövcud müqavilə bazasına əsaslanır, Venesuela məsələsində isə Rusiyanın mövqeyi həlledici rol oynayıb.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu Sherg.az-a Rusiyanın təbliğat vasitəsinə əl atdığını deyib:
"Rusiya cəbhədə itirdiklərini Ukraynanı məğlub edə bilmədiyi halda təbliğat vasitəsilə qazanmağa çalışır.
Amma Ukraynanı məğlub edə bilmədikdən sonra Moskvanın bu dediklərinin heç bir əhəmiyyəti yoxdur.
Rusiya Qərb, İran, Venesuela məsələsində və ən çox da Ukrayna qarşısında məğlub görünür. O, cəbhədə Ukraynaya qarşı müharibəni qazanmalıdır.
Qazanmadığı təqdirdə Moskvanın vəziyyəti təmizlənməsi üçün aparacağı təbliğat
fəaliyyətlərinin heç bir əhəmiyyəti yoxdur".
Politoloq Mariya Zaxarovanın Qərbin Türkiyə və Suriya arasında ayrıseçkilik qoyması ilə bağlı fikirlərinə də münasibət bildirib:
"Türkiyədən fərqli olaraq zəlzələ zamanı Suriya az zərər gördü. Çünki zəlzələ Suriyanın kənd yerlərində meydana gəldi".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.