ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin tarif qərarı ilə "oyun oynamaq" istəyən ölkələrin razılaşdırılmışdan daha yüksək tarif dərəcələri ilə üzləşə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Donald Tramp məsələ ilə bağlı özünün American Truth Social hesabında şərh verib.
ABŞ Prezidenti Tramp bildirib ki, "Ali Məhkəmənin gülünc qərarı ilə "oyun oynamaq" istəyən ölkələr, xüsusən də illərdir, hətta onilliklərdir ABŞ-ı "soymaqla" məşğul olan ölkələr tezliklə bu yaxınlarda razılaşdıqlarından daha yüksək və daha pis tarif dərəcəsi ilə qarşılaşacaqlar. Alıcılar diqqətli olmalıdırlar".
ABŞ Ali Məhkəməsi 20 fevralda qərar verdi ki, Prezident Donald Trampın tariflərinin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə tariflər tətbiq etmək səlahiyyəti vermir.
Bu qərardan sonra ABŞ prezidenti Tramp həmin gün 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən bütün ölkələrə 10 faiz qlobal tarif tətbiq edən fərman imzaladı.
Aytən Yaşar/ Turkustan.az