AZ

Bakının girişində sürücüləri saxlayıb, pul tələb edirlər — DİQQƏT

Bakı sakinləri paytaxtın çıxışında və bəzi mərkəzi yollarda sürücülərə qarşı törədilən qeyri-adi dələduzluq halları barədə məlumat paylaşırlar. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə xüsusilə gecə saatlarında Qaradağ postundan sonra naməlum şəxslər müxtəlif bəhanələrlə avtomobilləri saxlayırlar.

NOCOMMENT.az xəbər verir ki, sürücülər bildirirlər ki, həmin şəxslər yanacaqlarının bitdiyini və ya xəstəxanaya təcili adam aparmalı olduqlarını deyərək pul tələb edirlər. Oxşar hadisələrin Dərnəgül yolu və şəhərin digər hissələrində də baş verdiyi qeyd olunur. Şahidlərin sözlərinə görə bəzi dələduzlar hətta pulları bank kartına köçürməyi təklif edirlər.

Təcrübəli sürücülər və sosial şəbəkə istifadəçiləri belə vəziyyətlərlə qarşılaşdıqda ehtiyatlı olmağı tövsiyə edirlər. Onlar qeyd edirlər ki, gecə vaxtı kimsəsiz yollarda avtomobildən düşmək təhlükəli ola bilər. Bu tip hallarla üzləşənlərə şübhəli şəxslərin avtomobil nömrələrini dərhal hüquq-mühafizə orqanlarına bildirmək məsləhət görülür. /Demokrat.az/

Seçilən
13
nocomment.az

1Mənbələr