AZ

Şəkidə yaşayış binasında yanğın oldu 10 nəfər təxliyə edildi

Bizim media saytına istinadən ain.az xəbər verir.

Axşam saat 19:00 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində yaşayan Tural İsmayılova məxsus 3 otaqlı mənzildə qeydə alınıb.

 

Hadisə barədə məlumat daxil olan kimi yanğın yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib.

Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alaraq, binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.Yanğın zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
bizim.media

10Mənbələr