AZ

UEFA Prestiannini 1 oyunluq cəzalandırdı

UEFA Prestiannini 1 oyunluq cəzalandırdı

UEFA "Benfika"nın argentinalı futbolçusu Canluka Prestiannini Vinisius Juniora qarşı "ayrı-seçkilik" xarakterli hərəkətinə görə bir oyunluq cəzalandırıb.

UEFA-dan verilən açıqlamada bildirilib ki, Prestianni Çempionlar Liqasının 1/8 final mərhələsinin pley-off mərhələsinin ilk oyununda "Real Madrid"in oyunçusuna qarşı "ayrı-seçkilik" nümayiş etdirdiyi üçün bu cəzaya məhkum edilib. 20 yaşlı argentinalı oyunçu 25 fevral çərşənbə günü keçiriləcək cavab qarşılaşmasında forma geyinə bilməyəcək.

Xatırladaq ki, Çempionlar Liqasının sözügedən mərhələsinin ilk oyununun 50-ci dəqiqəsində "Real Madrid"i 1:0 önə keçirən qolu vuran Vinisius Junior qoldan sonra özünə qarşı irqçi davranışların edildiyi iddiası ilə meydanın kənarına gəlmişdi.

Braziliyalı ulduz matçın fransalı hakimi Fransua Leteksyeyə "Benfika"nın formasını geyinən Canluka Prestianninin ona qarşı irqçi hərəkətlər etdiyini bildirmiş, bu səbəbdən oyun bir müddət dayanmışdı.

"Real Madrid" səfərdə qarşılaşdığı "Benfika"nı Vinisius Juniorun 50-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
46
afn.az

1Mənbələr