Şəkidə yaşayış binasında yanğın olub.
KONKRET.az-ın məlumatına görə, yanğın Şəki şəhər M.Ə.Rəsulzadə küçəsində, İsmayılov Tural Mais oğluna məxsus mənzildə baş verib.
Əraziyə Şəki rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 40 m² olan evin bir otağının bütün yanar konustruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.**“Qafqazinfo”