AZ

Orta yaşlı qadın sürücü 70 yaşlı qadını vurub yerə çırpdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qayda pozan qadın sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, Krasnıy Kursant küçəsində 40 yaşlı qadın idarə etdiyi “Honda” markalı avtomobillə hərəkətdə olan zaman nizamlanmayan piyada keçidindən keçən 70 yaşlı qadını vurub. Zərbənin təsirindən yaşlı qadın havada uçaraq bir neçə metr kənara düşüb.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr