AZ

Futbol matçında DUYĞULU ANLAR: Futbolçular topun vurduğu quşu HƏYATA QAYTARDILAR – VİDEO

İstanbulda futbolçular topun vurduğu qağayıya ürək masajı edərək həyata qaytarıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulda keçirilən həvəskar futbol matçı zamanı maraqlı və duyğulu anlar yaşanıb.

Oyun əsnasında meydana daxil olan bir qağayı topun sərt zərbəsinə tuş gəlib. Zərbənin təsirindən huşunu itirən quş yerə yıxılıb.

Futbolçular dərhal oyunu saxlayaraq qağayının köməyinə qaçıblar. Onlar huşsuz vəziyyətdə olan quşa süni tənəffüs və dolayı ürək masajı etməyə başlayıblar.

İdmançıların bir neçə dəqiqə davam edən reanimasiya cəhdləri nəticəsində qağayı yenidən özünə gəlib və həyata dönüb.

Futbolçuların bu nümunəvi hərəkəti ətrafdakılar tərəfindən rəğbətlə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr