Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi postundan qovulan Roberto Mançini işləmədən milyonlar qazanmağa davam edəcək.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis 2023-cü il avqustun 27-də illik 21.5 milyon funt-sterlinq qazanc gətirən 4 illik müqavilə imzalamışdı.
Lakin o, cəmi 1 il 3 aydan sonra vəzifəsindən azad edilib. Müqaviləsinin bitməsinə hələ 2 il 9 ay qalan Mançiniyə növbəti üç il ərzində heç bir oyun idarə etmədən ümumilikdə 60.9 milyon funt-sterlinq ödəniləcək.
Bu rəqəmlər mütəxəssisin hər dəqiqə üçün 41, hər gün üçün isə 59 min funt-sterlinq qazanacağı deməkdir.
Kamil Xudiyev