AZ

Putin Kremldə qadınlarla görüşdü

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Vətən Müdafiəçiləri Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin döyüşdə həlak olan əməkdaşlarının dul arvadları ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüş Kremldə baş tutub.

Tədbirdə Vladimir Putin həlak olan hərbçilərin ailələrinin, xüsusilə də dul qadınlarının daim yanında olacağını vurğulayıb. O, bütün səviyyələrdə hakimiyyət orqanlarını bu ailələrə dəstəyin davamlı olmasını və diqqət mərkəzində saxlanılmasına çağırıb.

“ Təəssüf ki, sizin müdafiəçiləriniz, ailələrinizin qoruyucuları artıq sizinlə deyil. Amma onların müdafiəsində həlak olduqları Vətən həmişə sizinlə olacaq”, – deyə Rusiya lideri bildirib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
globalinfo.az

1Mənbələr