AZ

Portuqaliyalı forvard: "Azərbaycan futbolunda inkişaf düzgün gedir"

"İmişli"nin hücumçusu Dioqo Almeyda Sportinfo.az-a açıqlama verib.

Ötən yaydan ölkəmizdə çıxış edən 25 yaşlı forvard arxada qalan yarım ildə Azərbaycan futbolu ilə bağlı yaranmış təəssüratlarını bizimlə bölüşüb:

"Premyer Liqanın səviyyəsi yüksəkdir. Böyük rəqabət var.

Federasiya da buna şərait yaradıb. Çünki legionerlərlə bağlı say məhdudiyyəti yoxdur.

Hər bir komanda iddialıdır, güclü mübarizə aparır.

Bunun əsas nümunəsi də "Qarabağ"ın Çempionlar Liqasında çıxış etməsidir.

Bütün bunlar göstərir ki, ölkənin futbolunda inkişaf düzgün gedir".

XANOĞLAN

Seçilən
13
sportinfo.az

1Mənbələr