AZ

Əllərinizi çəkin! Orban Ukraynaya müraciət etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı və Ukraynanı ölkəsinin daxili işlərinə müdaxilədə ittiham edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasındakı səhifəsində paylaşım edib.

Orban yazıb ki, Kiyev və Avropa İttifaqı Macarıstanda seçkilərə təsir göstərməyə çalışır. Onun sözlərinə görə, məqsəd vətənpərvər hökuməti devirmək və öz gündəmlərini tətbiq etməkdir.

“Onlar bizi Rusiya enerji təchizatından məhrum edə, Ukraynanı Aİ-yə qoşulmağa, pul göndərməyə məcbur edə və ya müharibəyə sürükləyə bilməyəcəklər”, – deyə Baş nazir bildirib.

Orban müraciətində Ukrayna və Aİ-yə çağırış edərək vurğulayıb:

“Əllərinizi çəkin! Macarıstanın gələcəyini yalnız onun xalqı müəyyən etməlidir”.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
globalinfo.az

1Mənbələr