AZ

Cənubi Koreyada meşə yanğınları 190 hektar ərazi külə döndü

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Cənubi Koreyanın Gyeongsang əyalətinin Hamyang bölgəsində fevralın 21-də başlayan meşə yanğınları hələ də davam edir.

525.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, indiyədək 190 hektar ərazi külə dönüb.

Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün rayona 105 yanğınsöndürən maşını və 603 canlı qüvvə göndərilib. Dağlıq ərazi və güclü külək yanğının söndürülməsi işini çətinləşdirir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr