AZ

Ueyn Runi: “Tottenhem” turnir cədvəlində olmalı olduğu yerdədir”

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi Premyer Liqanın 27-ci turunda “Arsenal”a qarşı keçirilən matçda “Tottenhem”in oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

İdman.Biz bildirir ki, matç 4:1 hesabı ilə “Arsenal”ım xeyrinə qurtarıb.

“Yaxşı oyun idi, “Arsenal” öz səviyyəsini açıq şəkildə nümayiş etdirdi və “Tottenhem” sadəcə çox yaxşı komanda deyil. Onların heyətinə baxsanız, yəqin ki, olmalı olduqları yerdə olduqları aydındır.
Əlbəttə ki, onlar gözəl, yeni stadionu olan böyük bir klubdur, amma mən sadəcə düşünmürəm ki, “Tottenhem”in oyunçuları Premyer Liqa səviyyəsində rəqabət aparmaq üçün kifayət qədər yaxşıdırlar.

“Tottenhem” yaxşı oynayacaq; onların Premyer Liqadan düşmə ehtimalı azdır, amma onlar indi oradadırlar [16-cı yerdə] və ötən mövsüm də oxşar vəziyyətdə idilər. Bu, klub üçün ciddi bir məsələdir və onların Premyer Liqada qalıb-qalmaması narahatlıq doğurur, çünki onların keyfiyyət səviyyəsi aşağı düşüb”, - Runi BBC-yə bildirib.

İdman.Biz
Seçilən
13
1
idman.biz

2Mənbələr