Nikolayevdə 7 polisin yaralanması ilə nəticələnən partlayışın terror aktı versiyası yoxlanılır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da bildirib.
"İndicə hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolayevdəki partlayışla bağlı ilk açıqlaması oldu. Milli Polisin əməkdaşları zərər çəkib - 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Onlara lazımi yardım göstərilir. Bütün hallar araşdırılır. O cümlədən, terror aktı versiyası yoxlanılır", - Zelenski qeyd edib.