AZ

Hindistanda yeddi nəfəri daşıyan tibbi təyyarə qəzaya uğrayıb

Hindistanın şərqindəki Carkxand ştatında yeddi nəfəri daşıyan tibbi təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə Mülki Aviasiya Baş İdarəsi (DGCA) xəbər verib.

Məlumata görə, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" təyyarəsi Rançidən Nyu Dehliyə uçurmuş. Uçuşdan təxminən 23 dəqiqə sonra heyətlə əlaqə kəsilib və təyyarə radarlardan itib. Qəza ucqar, meşəlik ərazidə baş verib və xilasetmə əməliyyatını çətinləşdirib.

Ölüm və ya xəsarətlə bağlı hələ məlumat yoxdur.

Qəza ilə bağlı təhqiqata başlanılıb.

Qeyd edilir ki, təyyarə bədbəxt hadisə zamanı bədəninin 60 %-dən çoxu yanıq xəsarəti alan 41 yaşlı kişini Nyu Dehliyə aparırmış.

Seçilən
19
far.az

1Mənbələr