AZ

8 yaşlı uşağı ölümdən qurtaran gözətçi mükafatlandırıldı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburqda gözətçinin yaşayış evinin 7-ci mərtəbəsindən yıxılan uşağı xilas etməsi barədə məlumat vermişdik.

525.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, həmin şəxs dünən Özbəkistan dövləti tərəfindən mükafatlandırılıb.

Belə ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkənin vətəndaşı olan və hazırda Sankt-Peterburqda işləyən Xayrullo İbadullayevi "Jasorat" ("Cəsarət") medalı ilə təltif edib. Bu barədə mətbuata prezidentin mətbuat katibi Şerzod Asadov bildirib.

Xatırladaq ki, srağagün 7-ci mərtəbədən düşən 8 yaşlı oğlanı gözətçi havada tutaraq, yerə çırpılmağa qoymamışdı. Nəticədə hər ikisi ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər. 

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr