AZ

Tacikistana da uduzduq

Azərbaycan U-18 millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu - 4-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda beşinci yer uğrunda görüşdə Tacikistanla qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçirilən matç Tacikistan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz daha əvvəl Rusiyaya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa qalib gəlib - 1:0.

Seçilən
29
sportinfo.az

1Mənbələr