AZ

Ukraynanın Təhlükəsizlik Xidməti Nikolayevdəki partlayışı terror aktı kimi təsnif edib

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) dünən Nikolayevdə baş verən partlayışı terror aktı kimi araşdırır.

"Far.Az"un məlumatına görə, bu barədə Nikolayev Vilayət Prokurorluğu məlumat verib.

"Nikolayevdə patrul polisi şöbəsinin inzibati binasının yaxınlığında yerləşən qapalı yanacaqdoldurma məntəqəsində baş verən və azı yeddi polis əməkdaşının xəsarət alması ilə nəticələnən partlayış əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində baş verib", - açıqlamada deyilir.

Partlayışla bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi ilə terror aktı kimi məhkəməyə qədər istintaq başlanıb.

Prokurorluq qeyd edib ki, ərazidə istintaq qrupu işləyir və hadisənin bütün başvermə şəraitini müəyyənləşdirir.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayevdəki hadisə ilə əlaqədar terror aktı ehtimalının istisna olunmadığını qeyd edib.

Seçilən
19
far.az

1Mənbələr