Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Keçmiş dünya çempionları – filippinli Menni Pakyao və amerikalı Floyd Meyuezer Jr. sentyabrın 19-da döyüş keçirəcəklər.Lent.az xəbər verir ki, bu barədə qarşılaşmanın yayımını həyata keçirəcək "Netflix" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, döyüş Las-Veqasda təşkil olunacaq.
47 yaşlı Pakyaonun peşəkar karyerasında 62 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 3 heç-heçə var. O, boks tarixində səkkiz müxtəlif çəki dərəcəsində dünya çempionu olmuş yeganə idmançıdır.
48 yaşlı Meyuezer isə peşəkar rinqdə 50 qələbə (27-si nokautla) qazanıb və məğlubiyyət almayıb. O, beş çəki dərəcəsində dünya çempionu olub, 1996-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Meyuezer həmçinin promouter şirkətinin sahibidir və 2017-ci ildən bəri rəsmi döyüş keçirməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.