AZ

Depressiyanın dərmanı mətbəximizdə imiş

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Bəzi adi ədviyyatların əhvali-ruhiyyəyə müsbət təsir göstərə və depressiya simptomlarının şiddətini azalda biləcəyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssislərin fikrincə, sarıkök, zəfəran, zəncəfil, qara istiot və çili bibəri neyroprotektor xüsusiyyətlərə malik bitki mənşəli bioloji aktiv birləşmələrlə zəngindir.

Araşdırmalar göstərir ki, bu maddələr neyroiltihabı və oksidləşdirici stresi azaltmağa, neyromediator mübadiləsini tənzimləməyə, həmçinin, “bağırsaq–beyin” oxuna təsir göstərməyə kömək edə bilər. Bu mexanizmlər isə depressiyanın formalaşmasında mühüm rol oynayır.

Bundan əlavə, qeyd olunur ki, sözügedən ədviyyatlar beynin uyğunlaşma və yeni sinir əlaqələri yaratma qabiliyyəti olan neyroplastikliyi dəstəkləyə bilər.

Klassik antidepresantlardan fərqli olaraq, ədviyyatlar gündəlik qida rasionunda kiçik dozalarda qəbul edilir. Bu isə onların nisbətən təhlükəsiz profil fonunda tədricən və çoxşaxəli təsir göstərə bilməsi ilə izah olunur. Bununla belə, aktiv maddələrin bioəlçatanlığı və effektiv terapevtik dozaların müəyyənləşdirilməsi istiqamətində əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır.

Mütəxəssislər hesab edirlər ki, qidalanmanın və bitki mənşəli komponentlərin emosional vəziyyətin tənzimlənməsindəki rolunun daha dərindən öyrənilməsi depressiyanın profilaktikası və köməkçi terapiyası baxımından yeni imkanlar aça bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr