Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
FİFA, mart ayının sonlarında DÇ-2026 üçün qitələrarası pley-off oyunlarının keçirilməsi planlaşdırılan Meksikadakı son iğtişaşlarla bağlı narahatlığını ifadə edib.
İdman.Biz-in The Touchline-a istinadən verdiyi məlumata görə, təşkilat daxilində oyunların təhlükəsizliyi ilə bağlı narahatlıqlar artmaqdadır. Meksikanın qitələrarası pley-off vasitəsilə iki dünya çempionatı vəsiqəsini verməsi planlaşdırılır, lakin qeyri-sabit vəziyyət FİFA-nı oyunları başqa ölkəyə köçürməyi düşünməyə məcbur edə bilər.
Dünya çempionatının başlamasına hələ çox vaxt qalsa da, seçmə pley-off oyunlarına təxminən bir ay qalıb. FİFA vəziyyəti yaxından izləyir.
2026-cı il dünya çempionatı edəcək ABŞ, Kanada və Meksikada keçiriləcək.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.