AZ

Çin şirkəti robotların inkişafını uşaqlarla müqayisə etdi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İnsanabənzər (humanoid) robotlar inkişaf baxımından uşaqlarla müqayisə edilə bilər".

Oxu.Az-ın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə Çinin "Unitree Robotics" şirkətinin təsisçisi Van Sinsin danışıb.

"Hazırda robototexnika 10 yaşlı uşaq səviyyəsindədir. Hər il davamlı texnoloji irəliləyişlər baş versə də, genişmiqyaslı tətbiq üçün əvvəlki kimi vaxt tələb olunur. Bunun üçün ən azı 3-5 il lazım olacaq, lakin bu müddət 10 ili keçməyəcək", - deyə Van Sinsin bildirib.

Qeyd edək ki, fevralın 17-də şirkət tərəfindən istehsal olunan insanabənzər robotlar "döyüş sənəti bacarıqlarını" nümayiş etdiriblər. Söhbət maşınların sürətli hərəkət etmək və tarazlığı qorumaq qabiliyyətini göstərmək üçün hazırlanmış xoreoqrafik performansdan gedir.

Robotlar, həmçinin xüsusi əməliyyat zonalarında da istifadə olunur. Xüsusilə onlar yanacağın daşınması üçün tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr