AZ

İran XİN: ABŞ ilə razılaşma sanksiyaların ləğvini də əhatə etməlidir

ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi Tehranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üçün mümkün olan hər hansı razılaşmanın məcburi hissəsi olmalıdır.

"Far.Az"un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai bildirib.

"İstənilən sazişin və ya razılaşmanın elementlərinə gəldikdə - son adından asılı olmayaraq - belə müqavilənin əsasının sanksiyaların ləğvi olacağı tamamilə aydındır.

Bunun müqabilində İran özünün nüvə proqramının heç vaxt hərbiləşdirməyə yönəlməməsini təmin etmək üçün addımlar atacaq", - Xarici İşlər Nazirliyinin Mətbuat xidməti diplomatın sözlərini sitat gətirib.

Baqainin sözlərinə görə, bu iki komponent hər iki tərəf tərəfindən nəzərdən keçirilə və qəbul edilə bilən hər hansı razılaşmanın əsasını təşkil edir.

Seçilən
29
far.az

1Mənbələr