AZ

Çin alimləri popkorn dadı verən pomidor hazırlayıblar

Çinli alimlər müasir gen modifikasiya texnologiyalarından istifadə edərək popkorna bənzər dada malik pomidor hazırlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
 
Yeni növ Çinin Cezyan əyalətində yerləşən "Xianghu" laboratoriyasının Biotexnologiya İnstitutunda yetişdirilib. Çin və Avstraliyadan olan tədqiqatçılar qrupu elm dünyasında "gen qayçısı" kimi tanınan "CRISPR/Cas9" texnologiyasından istifadə edərək pomidorun DNT-sində dəqiq dəyişikliklər ediblər.
 
Alimlər pomidorun tərkibindəki aromatik birləşmələri yaradan iki xüsusi geni deaktiv etməyə nail olublar. Bu müdaxilədən sonra pomidorlar təzə kərə yağı ilə hazırlanmış popkornu və elit aromatik düyü növlərini xatırladan xarakterik bir qoxu yaymağa başlayıb.
 
Çin ildə 70 milyon tondan çox pomidor istehsal edir. Zaman keçdikcə, pomidorların dadı və ətri zəifləyir və istehlakçılar bunu hiss edirlər. Problemi həll etmək üçün çinli mütəxəssislər pomidoru başqa bir məhsula bənzətməyi qərara alıblar. /oxu.az/
 
Seçilən
11
1
moderator.az

2Mənbələr