AZ

Serial yayımlandı, hər kəs muzeyə axın edir Fotolar Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nobel mükafatı laureatı Orhan Pamukun eyniadlı romanı əsasında çəkilmiş “Məsumiyyət Muzeyi” serialının yayımlanması İstanbuldakı Məsumiyyət Muzeyinə marağı xeyli artırıb.

“Qafqazinfo” xəbər verir ki, serial yayımlanar-yayılmaz Beyoğlunda yerləşən muzeyi ziyarət etmək üçün uzun növbələr yaranıb.

Muzey romanın “kainatı” əsasında yaradılan ilk fiziki məkan olmaq xüsusiyyətinə malikdir. Orhan Pamuk tərəfindən 19-cu əsrə aid bir malikanədə yaradılıb və 2012-ci ildə açılıb.

Romanın personajlarının əşyaları və dövrün gündəlik həyatını əks etdirən sərgi məkanları ziyarətçilərə hekayəni fiziki olaraq yaşamağa imkan verir.

Serial yayımlandıqdan dərhal sonra muzeyə axın başlayıb, səhər saatlarından etibarən ziyarətçilərin sayı artıb və girişdə növbələr bəzən 100 metrə çatıb.

Bildirilir ki, serial mədəni məkanlara marağı artırır və qarşıdakı günlərdə ziyarətçilərin sayının daha da çoxalacağı gözlənilir.

İstanbulun Beyoğlu rayonunda, Çukurcuma ərazisində, İstiqlal küçəsi ilə Tophane arasında yerləşən Məsumiyyət Muzeyi romanın atmosferini əks etdirən və ziyarətçilərə hekayəni canlı təcrübə kimi yaşadan nadir mədəni məkanlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
qafqazinfo.az

1Mənbələr