Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qəbələ” “Turan Tovuz”a qarşı
Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək.
QOL.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.
Hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.
24 fevral (çərşənbə axşamı)
15:00. “Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu

Bombardirlər:
Bassalu Sambu ("Neftçi") - 9 qol
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Emin Mahmudov (“Neftçi”) - 7 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.