AZ

Stokholmda Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Yazını böyüt
Yazını kiçilt

İsveç Krallığının paytaxtı Stokholmda fəaliyyət göstərən Qarabağ Həftəsonu Məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, tədbir zamanı məktəbin müəllimləri şagirdlərə Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə geniş məlumat veriblər.

Müəllimlər çıxışlarında vurğulayıblar ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır və bu faciə heç vaxt unudulmayacaq. Qeyd edilib ki, harada yaşamağımızdan asılı olmayaraq, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsi istiqamətində səylər davam etdiriləcək.

Tədbir çərçivəsində məktəbin şagirdləri müəllimləri və valideynləri ilə birlikdə xatirə guşəsi hazırlayıblar. Şagirdlər Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib, onları unutmadıqlarına və heç vaxt unutmayacaqlarına dair and içiblər.

Şagirdlərə məlumat verilib ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan edilib və bu faciə hər il ölkəmizdə, həmçinin xaricdə yaşayan azərbaycanlılar tərəfindən dərin hüznlə anılır.

Tədbirin məqsədi Azərbaycan tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat vermək, faciə qurbanlarının xatirəsini yad etmək və bu tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq olub.

Seçilən
2
1
hafta.az

2Mənbələr