ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir. Azərbaycan çempionu "Qarabağ" bu gecə cavab matçına çıxacaq.
BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi İngiltərədə "Nyukasl Yunayted" ilə qarşılaşacaq.
Görüş "St James' Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Matç İtaliya hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR sisteminə Daniele Kiffi nəzarət edəcək, onun köməkçisi isə almaniyalı Kristian Dinqert olacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma "Qarabağ" üçün uğursuz alınıb. Təmsilçimiz doğma meydanda rəqibinə 1:6 hesabı ilə məğlub olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.