AZ

Milli Məclisin sabiq deputatı Türkiyədə vəfat etdi

Azərbaycan Respublikası Milli Məclisinin Sabiq deputatı Mahir Aslanov vəfat edib.

Editor.az xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ağır ürək əməliyyatına daxil olub. Əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub. O, 2026-cı ildə 76 yaşında vəfat edib.

Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb.

1973–1978-ci illərdə “Aztransqaz” İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.

1992-ci ildən “Azəravtonəqliyyat” Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən “Azazmoimport”, 1995-ci ildən isə “Kəpəz” firmasının direktoru vəzifəsində çalışıb.

Bitərəf deputat olan Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

Mahir Aslanov ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin.

Seçilən
21
34
editor.az

10Mənbələr