Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Venesuelada 20 fevral tarixində qüvvəyə minən "Demokratik birgəyaşayış üçün amnistiya" qanunu ilə 177 məhbus azad edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Venezolana de Television" kanalında Amnistiya Qanununun icrasına nəzarət edən Xüsusi Komissiyanın sədri Xorxe Arrias məlumat verib.
"O gün bu gün deyə bilərik ki, bu qanun sayəsində 177 məhbus azad olunub və 2021-ci ildən bəri 2021 nəfərdən tam hüquqi məhdudiyyətlər götürülüb", – deyə Arrias bildirib. O, həmçinin 2025-ci ilin dekabrında və 2026-cı ilin yanvarında 800-dən çox məhbusun azad edildiyini qeyd edib.
Venesuelanın Prezidenti Delşi Rodriges yanvarın sonunda milli barışıq və sülhə xidmət etmək məqsədilə ümummilli amnistiya təşəbbüsü irəli sürüb. Qanun 1999-cu ilin 1 yanvar tarixindən bu vaxta qədərki dövrü əhatə edir. Amnistiyaya cəlb olunmayanlar arasında insanlığa qarşı ağır cinayətlər, insan hüquqları pozuntuları, qəsdən adam öldürmə, korrupsiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olanlar yer alır.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.