AZ

Türkiyəli müğənni Erol Evgin: "Atam mənə Azərbaycan mahnıları oxuyardı"

"Azərbaycan xalq mahnılarını çox sevirəm".
 
Moderator.az xəbər verir ki, bunu Türkiyənin tanınmış müğənnisi Erol Evgin "X" sosial şəbəkə hesabında deyib.
 
"Atam Vandandır. Uşaqlığımda atam məni qucağına alar, gözəl səsi ilə Azərbaycan türküləri oxuyardı. Azərbaycan türkülərini çox sevirəm", - deyə türk pop ifaçısı bildirib.
 
Qeyd edək ki, E.Evgin aprelin 19-da Bakıda konsert proqramı ilə çıxış edəcək.
Seçilən
10
4
moderator.az

5Mənbələr