AZ

Azərbaycanda soyuducu bina və yerləşgələr üçün layihələndirmə normaları təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Soyuducu binalar və yerləşgələr. Layihələndirmə normaları"nı təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar qida məhsullarının soyudulması, dondurulması, saxlanılması üçün soyuducu binaların (soyudulan anbarların) və yerləşgələrin layihələndirilməsinə şamil ediləcək. Soyuducu binalara (soyudulan anbarlara) kameralar, dəhlizlər, yükləmə platformaları və digər yardımçı yerləşgələr daxildir.

Belə ki, funksional təyinatına görə soyuducular aşağıdakı növlərə bölünür:

- dondurulmuş məhsulların uzun müddət saxlanılması üçün soyuducular;

- ticarət və ictimai iaşə müəssisələrini tez xarab olan məhsullarla təmin edilməsi üçün paylayıcı soyuducular;

- qida sənayesində texnoloji cəhətdən qida məhsullarının emalı və yenidən emalı ilə əlaqəli sənaye soyuducuları;

- tərəvəz və meyvələrin saxlanması üçün soyuducular.

Soyudulan həcmə görə soyuducular aşağıdakı növlərə bölünür:

kiçik - 2,5 min m3-ə qədər, orta - 2,5 min m3-dən 20 min m3-ə qədər (daxil olmaqla) və böyük - 20 min m3-dən çox.

Soyuducunun tutumu tonla, eyni vaxtda soyudulan yerləşgələrdə saxlanılan məhsulun maksimal miqdarı ilə təyin olunur.

Kiçik və orta həcmli soyuducular birmərtəbəli, böyük soyuducular isə əsasən dörd-beş mərtəbəli və ya məhsulların rəflərdə saxlanılması şərti ilə birmərtəbəli hündür layihələndiriləcək. Çoxmərtəbəli soyuducular, bir qayda olaraq, zirzəmi mərtəbəsi və 0°C-dən 5°C-yə qədər temperaturda soyudulmuş məhsulların saxlanılma kameraları ilə layihələndiriləcək.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Seçilən
4
far.az

1Mənbələr