Çempionlar Liqasının keçid pley-off mərhələsində bu gün cavab oyunları baş tutacaq.
Offsideplus.az xəbər verir ki, 4 cütdə 1/8 final mərhələsinə yüksələn komandalar müəyyənləşəcək.
Günün ilk oyunu Almaniyada baş tutacaq. "Bayer" "Olimpiakos"u qəbul edəcək.
Gecə seansında isə 3 matç oynanılacaq.
Günün proqramı belədir:
Çempionlar Liqası, keçid pley-off mərhələsi
21:45 "Bayer" - "Olimpiakos (ilk oyun - 2:0)
00:00 "Nyukasl" - "Qarabağ" (6:1)
00:00 "Atalanta" - "Borussiya" (Dortmund) (0:2)
00:00 "İnter" - "Budyo Qlimt" (1:3)