AZ

Pedri “Barselona”da görmək istədiyi futbolçunun adını açıqlayıb - VİDEO

“Barselona”nın ulduz futbolçuları Pedri və Ferran Torres “Real”la aralarındakı rəqabət və rəqib düşərgədəki münasibətləri barədə maraqlı açıqlamalar veriblər.

İdman.Biz xəbər verir ki, "El Hormiguero" proqramına qatılan futbolçular "Real"ın heyətindən yalnız bir oyunçunu öz komandalarında görmək istədiklərini bildiriblər. Hər iki oyunçunun seçimi eyni olub - Kilian Mbappe.

Fransalı hücumçunun bu mövsümkü performansı bu seçimi qaçılmaz edib. Hazırda Mbappe 23 qolla "La Liqa"da bombardirlər yarışına başçılıq edir. O, ən yaxın izləyicisi Vedat Muriqini yeddi qol qabaqlayır.

Pedri rəqib komandanın oyunçuları ilə münasibətlərindən danışarkən bildirib:
“Bəli, bir-iki nəfərlə münasibətimiz var. Onlarla hər gün zəngləşəcək qədər yaxın dost olmasaq da, aramızdakı münasibətlər yaxşıdır”.

İdman.Biz
Seçilən
12
1
idman.biz

2Mənbələr