AZ

Bu gün Azərbaycanda su çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramı öncəsi dörd çərşənbədən birincisi — Su çərşənbəsi qeyd olunur.

Qədim inanclara görə kainat su, od, torpaq və külək olmaqla dörd ünsürdən yaranıb və hər il bu ünsürləri simvolizə edən çərşənbələr yazın gəlişi ərəfəsində qeyd edilir.

“Əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlandırılan bu gündə su mənbələrinin təmizlənməsi, arxların qaydaya salınması və su ilə bağlı mərasimlərin keçirilməsi ənənə sayılır.

Gülnar 

Seçilən
10
1
anews.az

2Mənbələr