Hüquqşünas, vəkil və uazıçı-publisist Lətifə Orucun (Lətifə Oruc qızı Əliyevanın) “Sirli gedişlər” romanı artıq özbək dilində gün üzü görüb.
Herbiand.az xəbər verir ki, “Sirli gedişlər” daha öncələr daha üç dilə çevrilmişdir və indi ədəbiyyatsevərlərin diqqətinə özbək dilində təqdim olunur.
Əsərin mərkəzində həyatın mürəkkəb “sirli gedişləri” ilə üzləşən qəhrəman obraz dayanır: onun taleyi, qarşılaşdığı sınaqlar, ailə bağları və peşəkar hüquq mübarizəsi oxucuda dərin təəssürat yaradır. Romanın süjet xətti ermənilərlə bağlı tarixi və ictimai məqamlar, vətənpərvərlik və mənəvi-fəlsəfi elementlərlə zəngindir, finalı isə azad olunmuş Şuşada simvolik qonaqlıq səhnəsi ilə bitir.
Əsərin strukturu səkkiz fəsildən ibarətdir və bədii təsvirlərlə zəngin obrazlar fonunda insanın iç dünyası, həyatın gözlənilməzlikləri və ədalət uğrunda mübarizə kimi mövzular işıqlandırılır.
Kitabın “Önsöz”ünü Xalq şairi Sabir Rüstəmxanlı yazmışdır, redaktoru isə tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlıdir.
Budur, əsər indi özbək dilində də oxucular üçün əlçatandır və qardaş ölkədə tanıdılıb; o, ədəbiyyatsevərlər üçün yeni mədəni-estetik təcrübə vəd edir.





